Xüsusi Mənimsəmə Hüquqları

Beynəlxalq Valyuta Fondu tərəfindən emissiya edilən, tədiyyə balansları saldosunun tənzimlənməsi, ehtiyatların artırılması, Fond ilə hesablaşmaların aparılması məqsədlərindən ötrü üzv ölkələr tərəfindən istifadə edilən ehtiyat və ödəmə vasitəsi.
Xüsusi Kredit Təsisatları
Xüsusi Müddətlər
OBASTAN VİKİ
Azlıqların hüquqları
Azlıqların hüquqları — irqi, etnik, sinif, dini, dil, gender və ya cinsi azlıqların üzvlərinə aid edilən fərdi hüquqlardır; bura o cümlədən hər hansı bir azlığa verilən kollektiv hüquqlar da daxildir. Azlıqların hüquqları eyni zamanda hər hansı bir çoxluğa daxil olmayan hər kəsin fərdi hüquqlarına da şamil edilə bilər. Vətəndaş hüquqları hərəkatları tez-tez hər hansı azlığa üzvlük səbəbindən fərdi hüquqların inkar edilməməsini təmin etməyə çalışırlar. Bu cür vətəndaş hüquqları müdafiəçiləri arasında qlobal qadın hüquqları və qlobal LGBT hüquqları hərəkatları və dünyadakı müxtəlif irqi azlıqların hüquqları üzrə hərəkatlar (ABŞ-dakı Vətəndaş Hüquqları Hərəkatı) yer alır. Əsas insan hüquqlarının pozulması milli demokratik dövlətlərdə dözülməz qəbul edilir. Bununla belə, bir milli dövlətin milliyətçilik prinsiplərinin azlıqların təməl insan hüquqlarına münasibətdə təzyiqlərə və ayrı-seçkiliyə səbəb ola biləcəyi iddia edilir. Vətəndaşlarına qarşı ayrı-seçkilik tədbirləri tətbiq edən millətçiliyin ilk arqumenti fransız millətçiliyi nümunəsi ilə göstərilə bilər. Fransa demokratik dünyəvi dövlət kimi qəbul edilir; fransız millətçiliyi prinsipi bərabərliyi və qadın hüquqları ideologiyasını tətbiq edir. Müsəlmanlarla bağlı qadağa millətçilik prinsiplərinin insanın əsas seçim azadlığı hüququna tətbiq edilə biləcəyini göstərir. Konkret olaraq, qərb yarımkürəsindəki azlıq qrupları üçün şəxsin dini geyim seçimində fransız müsəlman qadınlara qarşı daha aydın şəkildə bu büruzə verir.
Müəllif hüquqları
Müəllif hüququ (copyright – ingiliscə hərfi mənası köçürmə hüququ deməkdir) – insanların elm, ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yaradıcılıq nəticələrinin istifadəsinin hüquqi münasibətlərini tənzimləyən qaydadır. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Elektronik və audiovizual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunmuşdur (bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu" cümləsini işlətməsilə başlanmışdır). Bu mənada qayda pozuntularınının "piratlıq" olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir. Belə ki,1709-cu ildə yaranan və müəllif hüququ ilə bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı. 1603 –cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır. Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq" adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq" bir birini əvəz edə biləcək terminlər kimi işlədilir. Müəllif hüquqlu məhsulların qeyri-qanuni yüklənməsi və MP3 formasında İnternetdə paylaşılması MP3 faylların kəşfi və İnternetin yaranmasından sonra hətta NAPSTER şirkətinin dağılması və RIAA (Amerika Audio-Visual Məhsullar Sənayesi Assosasiyası) tərəfindən qaldırılan bir çox məhkəmə işlərinə baxmayaraq günümüzdə ən gözəçarpan nümunə olaraq qalmaqdadır.
Müəlliflik hüquqları
Müəllif hüququ (copyright – ingiliscə hərfi mənası köçürmə hüququ deməkdir) – insanların elm, ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yaradıcılıq nəticələrinin istifadəsinin hüquqi münasibətlərini tənzimləyən qaydadır. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Elektronik və audiovizual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunmuşdur (bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu" cümləsini işlətməsilə başlanmışdır). Bu mənada qayda pozuntularınının "piratlıq" olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir. Belə ki,1709-cu ildə yaranan və müəllif hüququ ilə bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı. 1603 –cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır. Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq" adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq" bir birini əvəz edə biləcək terminlər kimi işlədilir. Müəllif hüquqlu məhsulların qeyri-qanuni yüklənməsi və MP3 formasında İnternetdə paylaşılması MP3 faylların kəşfi və İnternetin yaranmasından sonra hətta NAPSTER şirkətinin dağılması və RIAA (Amerika Audio-Visual Məhsullar Sənayesi Assosasiyası) tərəfindən qaldırılan bir çox məhkəmə işlərinə baxmayaraq günümüzdə ən gözəçarpan nümunə olaraq qalmaqdadır.
Qadın hüquqları
Qadın hüquqları — Bütün dünyada qadın və qız uşaqlarının sahib olduğu sosyoiqtisadi, siyasi və qanuni hüquqların məcmusuna verilən ad. Qadın hüquqları XIX əsrdə Avropadakı qadın hərəkatının və XX əsrdə baş verən feminizm hərəkatının təməli hesab olunur. Bəzi ölkələrdə bu hüquqlar qanunlara, yerli adət və ənənələrə görə özəlləşdirilsə də, digər bir qrup ölkələrdə isə ümumiyyətlə sayılmır. Ümumi insan və vətəndaş hüquqları kontekstində qadın hüquqlarının xüsusi vurğulanması təbii-fizioloji və sosial əsaslara malikdir. Təbii-fizioloji əsas bioloji varlıq kimi qadının xüsusiyyətləri, sosial əsas isə qadının cəmiyyətdə və ictimai-siyasi proseslərdə rolu və tarixən kişilərə münasibətdə daha az müdafiə edilən olmasıdır. Qadın hüquqları anlayışına daxil edilən hüquqlar: fiziki bütünlük və müstəqillik, cinsi zorakılıqdan uzaq olmaq, qanuni müqavilələrə daxil edilmək, ailədaxili hüquqda bərabər hüquqlara sahib olmaq, ədalətli və ya bərabər əmək haqqı, reproduktiv hüquqlara sahib olmaq, əmlak sahibi olmaq, təhsil almaq. E.ə 3500-cü illərdə Mesopotamiyada yaşayan şumerlər öz dövrlərinə görə parlaq bir mədəniyyət yarada bilmişdilər. Mixi yazılardan istifadə edən şumerlər yazılı hüquqa sahib ilk xalqlardan sayılırlar. Bu hüquqa əsasən qız və oğaln uşaqları miras baxımından bərabər hüquqlara malik idilər. Qədim Şumerdə qadınlar əmlak ala, özəlləşdirə, sata və miras ala bilərdilər.
Uşaq hüquqları
Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əmək istismarı, pornoqrafiya, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur. Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə təsbit edilmişdir. Hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasıdır. Uşaqlar üzərində aparılan tədqiqatlarda ilk növbədə uşaq anlayışından nəyin başa düşülməsi, uşaqların anlayışını böyüklərdən necə fərqləndirməsi göstərilməlidir. İnkişaf etməmiş ölkələrdə mövcud olan anlayışa görə, uşaq potensial olaraq ailənin fenomenindən kənarda ailənin iqtisadi inkişafına töhfə verə biləcək potensial işçi qüvvəsi və ailənin sonrakı çağlarında sosial təminat vasitəsi olaraq görülür.Başqa sözlə, kənd təsərrüfatı cəmiyyətlərində uşaq iqtisadi cəhətdən səmərəli bir vasitədir. Belə cəmiyyətlərdə uşaq bir tərəfdən istehsala töhfə verir və qocalıq dövründə sığorta rolunu oynayır. Uşaq anlayışının sonrakı dövrlərdə dəyişdiyi görülür.
İnsan hüquqları
İnsan hüquqları və ya İnsan haqları — insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlar". İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi kimi insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır. İnsan hüquqları institutu məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik hüquqlarının mahiyyəti hələ tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır.
İstehlakçı hüquqları
İstehlakçı hüquqlarının müdafiəsi — istehlakçı ilə sahibkarlıq subyekti arasında yaranan münasibətlərin tənzimlənməsinə yönəlmiş dövlət və ictimai hərəkatlar tərəfindən həyata keçirilən tədbirlər kompleksi. Bunlara daxildir: spesifik istehlakçı hüquqlarının müəyyən edilməsi; mümkün hüquqların pozulmasının formaları və onların müdafiəsi mexanizmi; istehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət. İstehlakçı hüququnun ən mühüm cəhətlərindən biri qida təcrübələrinin tənzimlənməsidir. Beləliklə, qida təhlükəsizliyi standartları ilə qida keyfiyyəti siyasətini fərqləndirmək mümkündür. Təhlükəsizlik məcburidir və qidanın təhlükəsizliyinə zəmanət verir, keyfiyyət isə könüllüdür və məhsulun istehlakçı tərəfindən qavranılması baxımından müəyyən xüsusiyyətlərinə zəmanət verir. 16 aprel 1985-ci ildə BMT Baş Assambleyası tərəfindən "İstehlakçıların hüquqlarının müdafiəsi üzrə təlimatlar" (39/248 saylı Qətnamə) təsdiq edilmişdir. Rəhbərlik istehlakçı münasibətlərinin bəzi prioritet aspektlərinə toxunur: a) fiziki təhlükəsizlik; b) istehlakçıların iqtisadi maraqlarının təşviqi və müdafiəsi; c) xidmətlərin və istehlak məhsullarının təhlükəsizliyi və keyfiyyəti standartları; d) əsas istehlak məhsullarının və xidmətlərin paylanması sistemləri; e) istehlakçılara kompensasiya almaq imkanı verən tədbirlər; f) təhsil və məlumat proqramları və g) "pestisidlər və kimyəvi maddələr kimi digər sahələr" üçün məsuliyyətə xələl gətirmədən, xüsusi sahələrə, qida, su və əczaçılıq məhsullarının differensiallaşdırılmış emalı ilə bağlı tədbirlər. Mańko, Rafał. "The notion of 'consumer' in EU law" (PDF). Library Briefing.
Müəllifin hüquqları
Müəllifin hüquqları müəlliflik hüquqları qanununun bir hissəsidir. Termin fransızca droit d'auteur sözündən leksik kalka kimi yaranıb və adətən müəllif hüquqları qanunu ilə bağlı istifadə olunur. Müəlliflərin hüquqları beynəlxalq səviyyədə Ədəbi və İncəsənət Əsərlərinin Mühafizəsi üzrə Bern Konvensiyası və digər oxşar müqavilələrlə qorunur. “Müəllif” çox geniş mənada işlənir və eyni şey bəstəkarlara, rəssamlara, heykəltəraşlara və memarlara da aiddir: ümumiyyətlə, müəllif hər hansı bir əsərin yaranmasında yaradıcılığı əsas amil olmuş müxtəlif ölkələrdə olduqca geniş şəkildə dəyişir, ümumiyyətlə, tərifini verən şəxsdir. Müəlliflərin hüquqları əmlak (“iqtisadi”) və şəxsi qeyri-əmlak (“mənəvi”) bölünür. İqtisadi hüquqlar zamanla məhdud olan və hər hansı digər əmlak kimi müəllif tərəfindən başqalarına verilə bilən mülkiyyət hüquqlarıdır (baxmayaraq ki, bir çox ölkələr köçürmənin yazılı müqavilə formasında olmasını tələb edir). Onlar müəllifə və ya sahibinə hüquqi cəhətdən maddi fayda əldə etmək, habelə onun əsərlərinin istənilən formada reproduksiyasına icazə vermək məqsədi daşıyır (Bern Konvensiyasının 9-cu maddəsi). Dramatik və musiqi əsərlərinin (pyeslərin və s.) müəllifləri də onların ictimai ifasına icazə vermək hüququna malikdirlər (Bern Konvensiyasının 11-ci maddəsi). Müəllifin mənəvi hüquqlarının müdafiəsi belə bir fikrə əsaslanır ki, yaradıcılıq müəyyən mənada müəllifin şəxsiyyətinin ifadəsidir: ona görə də, mənəvi hüquqlar müəllifin ölümündən sonra vəsiyyətnamə şəklində başqa şəxsə verilə bilməz. Hüquqların mənəvi müdafiəsi ölkədən ölkəyə çox dəyişir, lakin bunların hamısına əsərin müəllifi kimi tanınmaq hüququ və mülkiyyətə, şərəfə və nüfuza xələl gətirə biləcək hər cür deformasiyadan qorunmaq hüququ daxildir.
Yeniyetmələrin hüquqları
= Yeniyetmələrin hüquqları = Yeniyetmələrin hüquqları — Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi vəfiziki şəxslərin vəzifələrini müəyyən edir. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. Bu münasibətlə hər il noyabrın 20-si Uşaq Hüquqları Günü kimi qeyd edilir. Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. = Uşaq hüquqları Konvensiyası = Uşaq hüquqları Konvensiyasının 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlardan danışılır. Burada inkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları, yaşamaq hüquqları əhatə olunur. Uşaq Hüquqları Konvensiyası dünyada 2 dövlət istisna olmaqla, bütün dövlətlər tərəfindən təsdiq olunmuş, dünya səviyyəsində ən geniş qəbul olunmuş insan hüquqları alətidir. Konvensiya uşaqların insan hüquqlarının bütün növlərini – mülki, siyasi, iqtisadi, sosal və mədəni – bir sənəddə birləşdirir.
Xüsusi effekt
Xüsusi effektlər (jarqonda qısaca SPFX və ya SFX) normal vasitələrlə yaradılması mümkün olmayan və ya çox riskli olan, film, televiziya və əyləncə sahələrində geniş istifadə olunan hadisələri yaratmaq üçün geniş yayılmış bir yoldur. Böyük partlayışlar və kosmosa səyahəti təsvir edən çəkilişlərdə mütəmadi şəkildə istifadə olunur. Görülən işlər hamısı xəyal deyil, bəzi obyektlər yaradılır (məsələn: Ulduz müharibələri). Dəstək düzəldilir, üstünə bir çubuq qoyulur və üstünə qılınc hansı rəngdədirsə onun selofanı qoyulur. Tez-tez vizual effektlərlə qarışdırılır. Bununla birlikdə, xüsusi effektlər kompüter tərəfindən yaradılan şəkillərlə deyil, çəkilişlə edilir. Partlayan bir şey həqiqətən partladılır və ya bir model olsa da dağılan bina həqiqətən dağıdıllır. Halbuki vizual effektlərlə edilən partlayışlar sintetik hissəcik sistemləridir və dağıdılmış binalar da 3D modelləşdirilmiş obyektlərdir. Yaşayan xüsusi effektlər canlı izləyicilərin qarşısında istifadə olunan effektlərdir. Bunlar daha çox idman tədbirlərində, konsertlərdə və kütləvi şoularda istifadə olunur.
Xüsusi festbol
Xüsusi festbol (ing. Fastball Special) — super qəhrəman ədəbiyyatında məşhur döyüş hərəkəti. Hərəkətin icra qaydasına görə super güclü qəhrəman partnerini əlləri ilə hədəfə tullayır. Hərəkətin tarixi 1958-ci ilə uzanır. DC Comicsin nəşr etdiyi "Macəra komiksləri"nin 258-ci sayında Superoğlan Robini düşmənə doğru tullamışdır. Bu manevr Marvel Comics tərəfindən "Əsrarəngiz İks-adamlar" komiksinin 94-cü buraxılışında, Təhlükə otağı hekayəsində Kolossun Şimal porsuğunu fırlatması ilə məşhurlaşmışdır. Koloss bu hərəkəti adətən "Manevr 7" adlandırır. Daha sonra bu hərəkət hər iki super qəhrəmanın sevimli taktikasına çevrilmişdir. Marvel Comicsdən başqa komiks nəşriyyatları da komikslərində bu hərəkətə yer verirlər. 1992-ci ildə "İks-adamlar" cizgi serialının "Dayandırılmaz Caqqernaut" seriyasında bu hərəkətə istinad verilmişdi.
Xüsusi mülkiyyət
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Xüsusi törəmə
Xüsusi törəmə, çoxdəyişənli funksiyanın digər dəyişənləri sabit saxlanmaqla bir dəyişənə görə törəməsidir. f ( x , y , … ) {\displaystyle f(x,y,\dots )} funksiyasının x {\displaystyle x} dəyişəninə görə xüsusi törəməsi ∂ f ∂ x = lim h → 0 f ( x + h , y , . . . ) − f ( x , y , . . . ) h {\displaystyle {\frac {\partial f}{\partial x}}=\lim _{h\to 0}{\frac {f(x+h,y,...)-f(x,y,...)}{h}}} kimi təyin olunur. f {\displaystyle f} -in x {\displaystyle x} -a görə xüsusi törəməsi f x ′ , f x , ∂ x f , D x f , D 1 f , ya da ∂ ∂ x f {\displaystyle f'_{x},f_{x},\partial _{x}f,\ D_{x}f,D_{1}f,{\text{ ya da }}{\frac {\partial }{\partial x}}f} kimi də ifadə oluna bilər. Bəzi hallarda, təyin olunmuş z = f ( x , y , … ) {\displaystyle z=f(x,y,\ldots )} funksiyası üçün z {\displaystyle z} -in x {\displaystyle x} -a görə xüsusi törəməsi ∂ z ∂ x {\displaystyle {\tfrac {\partial z}{\partial x}}} kimi ifadə edilir.
Xüsusi təyinatlılar
Xüsusi təyinatlılar və ya xüsusi əməliyyat qüvvələri — düşmənin təhlükəsizlik qüvvələri və silahlı birləşmələrinə qarşı kəşfiyyat əməliyyatları, nəzarət, düşmən qoşunlarının vəziyyəti, düşmən qoşunlarının sayı kimi xüsusi taktiki bacarıqlar tələb edən vəzifələri yerinə yetirirlər; çox yönlü və çevik silahlı birləşmələrdirlər. Daha güclü və daha dəqiq bir nəticə üçün nizamsız (qeyri-nizami) şəkildə qurulmuşdurlar. Nizamsız müharibə (qeyri-nizami müharibə) bacarığını və partizan taktikasını çox yaxşı bilən və tətbiq edən bölmələrdir. Qüvvələr müstəqil olaraq asimmetrik və qarışıq bir əməliyyat planı çərçivəsində hərəkət edirlər. İlk qeydə alınan xüsusi qüvvələr ingilislərin SAS və SBS qüvvələri idi. SAS və SBS Winston Churchillin “Düşmən xəttində və ya ərazilərində vəzifələrini yerinə yetirə bilən xüsusi hazırlanmış əsgərlər” əmri ilə qurulmuşdur. Bu gün tarazlıqların tənzimlənməsi ilə xüsusi təyinatlılar daha çox terrorla mübarizə əməliyyatlarına cəlb edilmişdirlər. Əfqanıstan müharibəsi zamanı Polşanın GROM, Almaniyanın “KSK” və Amerikanın Delta Force kimi xüsusi təyinatlı qüvvələri mühüm vəzifələri yerinə yetirmişdirlər.
Xüsusi münasibətlər
Xüsusi münasibətlər (ing. special relationship) — Böyük Britaniya və ABŞ, yaxud onların siyasi liderləri arasında siyasi, sosial, diplomatik, mədəni, iqtisadi, hüquqi, ekoloji, dini, hərbi və tarixi əlaqələri təsvir etmək üçün istifadə olunan termindir. Termin ilk dəfə 1946-cı ildə Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin çıxışında istifadə edildikdən sonra məşhurlaşmışdır. Hər iki ölkə XX və XXI əsrlərdə I Dünya müharibəsi, II Dünya müharibəsi, Koreya müharibəsi, Soyuq müharibə, Körfəz müharibəsi və terrora qarşı müharibə də daxil olmaqla bir çox münaqişələr zamanı yaxın müttəfiq olublar. Hər iki hökumətin bir çox digər dövlətlərlə də yaxın əlaqələri olmasına baxmayaraq, Böyük Britaniya və ABŞ arasında ticarət və kommersiya, hərbi planlaşdırma, hərbi əməliyyatların icrası, nüvə silahı texnologiyası və kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığın səviyyəsi böyük dünya gücləri arasında "analoqu olmayan" kimi təsvir edilmişdir. Marqaret Tetçer və Ronald Reyqan kimi Britaniya və Amerika hökumət başçıları, eləcə də Toni Bleyr, Bill Klinton və Corc Buş arasında sıx əlaqələr qeyd olunub. Diplomatik səviyyədə xüsusiyyətlərə münasibətlərin "xüsusi", tez-tez və yüksək profilli siyasi səfərlər və diplomatik iş səviyyəsində geniş məlumat mübadiləsi kimi təkrarlanan ictimai təmsilçilik daxildir. Bəzi tənqidçilər "xüsusi münasibətlər"in mövcudluğunu inkar edir və bunu mif adlandırırlar. 1956-cı il Süveyş böhranı zamanı ABŞ prezidenti D. Eyzenhauer İngiltərənin Misirə hücumu səbəbiylə funt sterlinqi müflis etməklə təhdid etmişdi. Tetçer 1983-cü ildə ABŞ-ın Qrenadaya hücumuna qarşı çıxmış və Reyqan əvvəlcə 1982-ci il Folklend müharibəsinə qarşı uğursuz təzyiq etmişdi .
Gürcüstanda insan hüquqları
Gürcüstanda insan hüquqları — 1990-cı illərin əvvəllərindən bəri insan hüquqları təşkilatları və ictimai xadimlərin diqqət mərkəzindədir. Gürcüstan hakimiyyəti müxalifətçiləri öldürməkdə, dinc nümayişləri dağıtmaqda və döyməkdə, saxta sübutlara əsaslanaraq siyasi rəqiblərə qarşı həbs etməkdə, təqib etməkdə və cinayət işi qurmaqda ittiham olunur. Mixail Saakaşvili hakimiyyətə gələndən sonra insan haqları təşkilatlarının ittihamları dinlənilməyə davam edir. Ən ciddi ittihamlardan bəziləri soyqırım və osetinlərin etnik təmizlənməsi ilə bağlıdır. 2007-ci ilin noyabr ayında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Luiza Arbur, "xüsusilə Gürcüstan Ombudsmanına qarşı orantısız güc tətbiqi, müxalifət liderlərinin həbsləri və nümayişçilərin döyülməsi xəbərlərindən narahat olduğunu" söylədi. Arbur, müstəqil televiziyaların işini dayandırmağa məcbur edən təhlükəsizlik qüvvələrinin fəaliyyəti ilə bağlı məlumatlardan narahatlığını ifadə etdi. Gürcüstan Ombudsmanı Sozar Subari dəfələrlə Gürcüstan hakimiyyətini sərt tənqid edib. 2006-cı ilin mart ayında Subari, ölkənin Daxili İşlər Nazirliyini, xüsusən də Gürcüstan banklarından birinin əməkdaşı Sandro Girqvlianinin qətlində günahlandırdı. 2007-ci ilin noyabrında hakimiyyət müxalifətin çıxışlarını yatırmaq üçün xüsusi təyinatlı dəstələrdən istifadə edirdi. Noyabrın 2-də müxalifət siyasi məhbusların azad edilməsi tələbləri ilə mitinqlərə başlayır.
Müəllif hüquqları işarəsi
Kopirayt işarəsi (ing. Copyright sözündən) və ya müəllif hüquqları işarəsi — əqli mülkiyyətin göstəricisi. Dairəyə alınmış "C" hərfi ilə təsvir olunmuşdur: ©. Bu işarə 1952-ci ildə Cenevrədə YUNESKO tərəfindən qəbul edilmiş Ümumdünya Müəllif Hüquqları Konvensiyası ilə təsis edilmişdir. Bu işarə 1955-ci ildən beynəlxalq hüquqda istifadə olunur. Qərbdə bu, qeydiyyat hesab edilmir, yalnız icazəsiz çoxalmaya qarşı xəbərdarlıq rolunu oynayır.
Qazaxıstanda LGBT hüquqları
Qazaxıstanda lezbiyen, gey, biseksual və transgender (LGBT) hüquqları məhduddur. Qazaxıstandakı LGBT insanlar, LGBT olmayanların yaşamadığı hüquqi vəziyyət, sosial çətinlik və ayrıseçkiliklə qarşılaşırlar. Qazaxıstanda həm kişi, həm də qadınların eyni cinsli münasibətləri qanuni sayılır, lakin qanuni qorumalar eyni cinsli cütlüklərə və eyni cinsli cütlüklərin rəhbərlik etdiyi ailələrə şamil edilmir. Gay cinsi əlaqə Qazaxıstanda həm kişilər, həm də qadınlar üçün 1998-ci ildən bəri qanunidir. Razılıq yaşı 16-dır. 1997-ci ildən əvvəl "sodomiya" Qazaxıstan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə cinayət sayılırdı. Bu qanunvericiliyi keçmiş Sovet İttifaqından yalnız kişilər arasında anal əlaqəni cinayət hesab edən 121-ci maddə izlədi. 2003-cü ildən bəri Trans insanlarına Qazaxıstanda rəsmi şəxsiyyət sənədlərində qanuni cinslərini dəyişdirməyə icazə verilir. Cinslərini dəyişdirmək istəyən insanlar bir neçə tibbi test və 30 günlük psixiatrik qiymətləndirmədən ibarət olan "cinsiyyət şəxsiyyət pozuqluğu" diaqnozundan keçmək məcburiyyətində qalırlar. 2011-ci ildə yalnız cinsiyyət dəyişdirmə əməliyyatı, fiziki və psixiatrik tibbi müayinələr, hormon terapiyası və sterilizasiyadan sonra şəxsiyyət sənədlərində dəyişikliklərə icazə verən yeni qanunvericilik tətbiq olundu.
Qazaxıstanda insan hüquqları
Qazaxıstandakı insan haqları müstəqil müşahidəçilər tərəfindən eyni dərəcədə zəifdir. "Qazaxıstan sərbəst toplaşma, söz və din azadlığını böyük ölçüdə məhdudlaşdırır. 2014-cü ildə səlahiyyətlilər qəzetləri bağladılar, dinc, lakin icazəsiz etiraz nümayişlərindən sonra onlarla insanı həbs etdilər və ya cərimə etdilər və ibadət edənləri dövlətin nəzarəti xaricində dinə etiqad etdiklərinə görə cəzalandırdılar." Hökumət tənqidçiləri, müxalifət də daxil olmaqla lider Vladimir Kozlov, haqsız mühakimələrdən sonra nəzarətə alındı. Həbs yerlərində işgəncə tətbiq olunmağa davam edilir. " Qazaxıstanın siyasi quruluşu hakimiyyəti prezidentlikdə cəmləşdirir. Prezident Nursultan Nazarbayev 1989–2019-cu illərdə ölkənin lideri olub. 1989-cu ildə Qazaxıstan Kommunist Partiyasının birinci katibi seçildi və 1991-ci ilin dekabrında Sovet İttifaqından müstəqillik qazanandan sonra ölkənin ilk prezidenti seçildi. Qazaxıstanda keçirilən seçkilərin heç biri beynəlxalq standartlara uyğun deyildi. 2012-ci ildə Qazaxıstan Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına üzv seçildi. 2014-cü ildə İnsan Hüquqlarına dair Ümumdünya Periyodik İcmal zamanı, milli nümayəndələr "Qazaxıstanın işgəncə qarşısının alınması mexanizmi və milli insan hüquqları institutu" nu, "azadlığın qanuni məhdudlaşdırılması ilə bağlı narahatlıqlarını bölüşdükləri üçün" yüksək qiymətləndirdilər.
Tacikistanda insan hüquqları
Tacikistanda insan hüquqları — Mərkəzi Asiya ölkəsi beynəlxalq əhəmiyyətli bir problemə çevrildi. Hökumətdəki korrupsiya və vətəndaşlarının insan hüquqlarının sistematik şəkildə pozulması ölkədə demokratik və sosial islahatların gedişatını yavaşlatdığı üçün əsas insan hüquqlarına çıxış məhdud olaraq qalır. ABŞ-nin Tacikistandakı İnsan Hüquqları üzrə Dövlət Departamentinin hesabatına görə, vətəndaşlar bir çox hüquqlardan məhrum edilir və hökumət sistemini dəyişdirmək imkanlarını məhdudlaşdırırlar. Hesabatda deyilir ki, bu, xüsusən də əsas insan hüquqlarına çıxış imkanları qeyri-kafi olan məhkumlar üçün doğrudur: təhlükəsizlik qüvvələri tərəfindən qismən cəzasız hərəkət etmək qabiliyyətinə görə işgəncə, təhdid və təhlükəsizlik qüvvələri tərəfindən təhqir və pis rəftar edildiyi barədə məlumatlar var. Cinayətdə təqsirləndirilən şəxslərin ədalətli mühakimə olunma hüququnun rədd edilməsi, sərt və həyati təhlükəli həbsxana şəraitinə səbəb ola biləcək, həmçinin Tacikistan həbsxanalarına beynəlxalq girişin bağlanmasına səbəb ola biləcək başqa bir problem kimi müəyyən edilmişdir. Həbs istintaqı ümumiyyətlə lazım olduğundan daha uzun çəkir və məhkəmə prosesi prokurorluq tərəfindən izlənilir. Həbsxanalar çoxdur və məhkumlar arasında vərəm və qidalanma halları yüksəkdir. Digər məhdudiyyətlər arasında medianın məhdudlaşdırılması, söz azadlığı, birləşmə və din azadlığı və siyasi müxalifətə qoyulan məhdudiyyətlər var. Qeyd və viza, qadınlara qarşı şiddət və ayrı-seçkilik, insan alveri və uşaq əməyi ilə bağlı çətinliklər də bildirildi. Tacikistanın insan alveri üçün həm mənbə, həm də keçid nöqtəsi olduğu bildirilir.
Uşaq Hüquqları Konvensiyası
Uşaq hüquqları Konvensiyası (ing. Convention on the Rights of the Child) — 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. O, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib. Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır. Əsasən uşaq hüquqlarının qeyri-formal tədris prosesi vasitəsi ilə öyrədilməsi üçün yazılmasına baxmayaraq, bu vəsait çox asanlıqla və müvəffəqiyyətlə məktəblərdə də istfiadə edilə bilər.
Özbəkistanda insan hüquqları
Özbəkistanda insan hüquqları — 18-46-cı maddələrdə Konstitusiyada təsbit edilmişdir. Ölkə BMT, ATƏT və MDB-nin üzvüdür. BMT-də 2005-2007-ci illərdə Özbəkistanda insan haqları ilə bağlı vəziyyətə dair müstəqil ekspert vəzifəsi var idi . Bir ombudsman ofisi var; Daxili İşlər Nazirliyinin Akademiyasında insan hüquqları üçün bir resurs mərkəzi var . Konstitusiya məhkəməsi var, ancaq fərdlər üçün məhkəməyə müraciət etmək hüququ yoxdur. 2011-ci ildə Human Rights Watch-un ofisini ləğv etmək üçün məhkəməyə iddia qaldırıldı. Ölkədə qanuni müxalifət və ya müstəqil media yoxdur. Pravoslav İslamın təbliğçiləri istisna olmaqla, vətəndaş cəmiyyəti və dini icmalar, hakimiyyət tərəfindən sərt və bəzən amansız təzyiqlərə məruz qalırlar. Siyasi repressiya hökumət siyasətinin ayrılmaz hissəsidir. Memorial cəmiyyətinin hesablamalarına görə, Özbəkistanda siyasi məhbusların sayı, Rusiya istisna olmaqla, bütün digər postsovet dövlətlərindən daha çoxdur.
İnsan Hüquqları Günü
İnsan Hüquqları Günü (ing. Human Rights Day, isp. Día de los Derechos del Hombre, fr. la Journée des droits de l'homme) — BMT Baş Assambleyasının 10 dekabr 1948-ci il (423 (V) № ) Qətnaməsi ilə hər il, 1950-ci ildən başlayaraq hər il 10 dekabr tarixi İnsan Hüquqları Günü kimi qeyd edilir. Kiribatidə İnsan Hüquqları Günü dövlət bayramıdır.
İnsan Hüquqları İnstitutu
İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu — yarandığı gündən 2022-ci ilin may ayına qədər Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna, 2022-ci ildən publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin ("Mərkəz") tabeliyində fəaliyyət göstərən elmi təşkilatdır. 1999-cu ildən 2022-ci ilin may ayına qədər İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil idi. Hal-hazırda institut publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin ("Mərkəz") tabeliyində fəaliyyət göstərir. İnstitut 30 noyabr 1998-ci il tarixdə yaranıb. İnstitutun yaranmasına mühüm sənədlər və bir sıra hadisələr təkan verib. Belə ki, 1998-ci ilin fevral ayının 22-də Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzaladı. Fərmanda ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sisteminin yaradılması zəruriliyi göstərilərək, bu sahədə inkişafın istiqamətləri müəyyən edilmişdi. Bu fərmanın məntiqi davamı olaraq Azərbaycan Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə Azərbaycanın ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edildi. Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə insan hüquq və azadlıqları probleminə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsi məqsədilə "İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1998-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 26 may 1999-cu il qərarı verildi. İnstitutun ilk Nizamnaməsi 21 iyun 1999-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alındı.
İnsan hüquqları heykəli
İnsan Hüquqları heykəli (türk. İnsan Hakları Heykeli) və ya İnsan Hüquqları abidəsi (türk. İnsan Hakları Anıtı) — Türkiyənin paytaxtı olan Ankara şəhərində yerləşən heykəl. Heykəl 1990-cı ildə heykəltaraş Mətin Yurdanur tərəfindən bürüncdən hazırlanmışdır. Heykəl, Ümumdünya insan hüquqları bəyannaməsini oxuyan bir qadını təsvir edir. Heykəl sonuncu dəfə 2010-cu ildə yenilənmişdir. 2017-ci ildə heykəl hökumət tərəfindən mitinqlərin qarşısını almaq üçün barrikadaya alınmışdır.